Qüdsdə polisə silahlı hücum olub

Qüdsdə polisə silahlı hücum olub

İsrailin Qüds şəhərində polisə bıçaqla hücum olub, ölən və yaralanan var.

SİA “The Times of İsrael”ə istinadən xəbər verir ki, yaralanan polis zabitidir.

Polis bıçaqlı şəxsə atəş açıb. Nəticədə o, ölüb. Adı açıqlanmayan həmin şəxsin də zabit olduğu bildirilib.

Hadisənin təfərrüatı açıqlanmayıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə