Oktyabrın 7-də HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadalarının İsrailə hücumundan sonra başlayan İsrail-Həmas qarşıdurmaları 24-cü gündə də davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücumlarda indiyədək 1400 israilli həyatını itirib.
Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, İsrailin hücumlarında həlak olan fələstinlilərin sayı 8 mini keçib. Müharibənin 24-cü gününün əvvəlində İsrail döyüş təyyarələri gecə boyu Qüds xəstəxanasının ətrafındakı strukturları sıx bombardmana məruz qoyub.
Fələstin Qızıl Aypara Cəmiyyətinə bağlı Qüds Xəstəxanasına sığınan 12 min adam təhlükəsiz olduğunu düşünərək, bombardman zamanı çətin anlar yaşayıb. Fələstin Qızıl Aypara Cəmiyyəti öz bəyanatında İsrail rəsmilərinin Qüds xəstəxanasını bombalamaqla hədələdiyini və dərhal boşaldılmasını tələb etdiyini açıqlayıb.
Qüds xəstəxanasının təhlükəsiz olduğu səbəbi ilə 12 min adamın sığındığı, xəstə və yaralıların da olduğu təxminən 800 adamın xəstəxanada müalicə aldığı qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB