Nigeriyada 15 nəfər həyatını itirib

Nigeriyada 15 nəfər həyatını itirib

Nigeriyanın Taraba əyalətində sərnişinləri daşıyan qayığın batması nəticəsində 15 nəfər həyatını itirib. SİA xəbər verir ki, “Daily Trust” qəzetinin məlumatına görə, Mayorenero bölgəsindəki balıq bazarından Taraba əyalətinə qayıdan 100-dən çox sərnişini daşıyan qayıq Benue çayında aşıb.

Taraba Dövlət Daxili Su Daşıyıcılarından bildirib ki, qəzadan sonra başlayan xilasetmə işləri zamanı 15 nəfərin cəsədi tapılıb.

Bölgədə xilasetmə işlərinin davam etdiyi və ölənlərin sayının artacağı bildirib.

Nigeriyada payız mövsüm ərzində çaylarda və göllərdə vaxtaşırı qayıq qəzaları baş verir.

Bütün xəbərlər Facebook səhifəmizdə