Qərbə hədəni bu dəfə Volodin gəlib...

Qərbə hədəni bu dəfə Volodin gəlib...

Avropada Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması ilə bağlı müzakirələr yenidən başlayıb. Bununla belə, Qərb siyasətçilərinin istəyi nəticəsiz qalmayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bununla bağlı Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Telegram-da dərc etdiyi yazıda xəbərdarlıq edib.

...Belə bir qərar Rusiya Federasiyasından simmetrik cavab tələb edəcək. Bu halda, Avropada dondurulmuş vəsaitlərimizdən daha çox dost olmayan ölkələrə məxsus aktivlər müsadirə olunacaq

Deyim ki, Qərbə hədəni bu dəfə Volodin gəlib.

O, həmçinin əlavə edib ki, ötən ilin fevralından Avropa İttifaqı Kiyevi dəstəkləmək üçün 85 milyard avrodan çox vəsait xərcləyib və bu, adi avropalılar üçün qiymətlərin artmasına, sənayenin azalmasına eləcə də iqtisadiyyatın tənəzzülünə səbəb olub.

Onun sözlərinə görə, avrozonada iqtisadi artım 2022-ci illə müqayisədə təxminən 5 dəfə azalıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə