...Bu arada Baş nazirlik və İsrail Xarici İşlər Nazirliyinin birgə bəyanatı dərc olunub.
...İsrail dövləti bütün dünyada İsrail vətəndaşlarına və yəhudilərə zərər vermək cəhdlərini çox ciddi qəbul edir.
Baş nazirlik, Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Şurası Rusiyanın cənubunda Dağıstanda baş verən hadisələri izləyir.
“İsrail Rusiya hüquq-mühafizə orqanlarından harada olurlarsa olsunlar, bütün İsrail vətəndaşlarının və yəhudilərin təhlükəsizliyini qorumasını, yəhudilərə eləcə də israillilərə qarşı yönəlmiş qırğınçılara, onların vəhşi təhriklərinə qarşı qətiyyətlə hərəkət etmələrini gözləyir”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bəyanatda belə bildirilir.
Qeyd edək ki, İsrailin Rusiyadakı səfiri Aleks Ben-Zvi bu ölkədəki israillilərin və yəhudilərin təhlükəsizliyini təmin etmək üçün Rusiya hakimiyyət orqanları ilə işləyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB