Ukrayna prezidenti Vladimir Zelenski noyabrın əvvəlində atılacaq mühüm addımlara hazır olduqlarını açıqlayıb. Əsas məqsəd qışa hazırlıqdır.
“...Biz artıq noyabrın ilk həftələrində planlaşdırılan mühüm addımlara hazırlaşırıq. Ümumiyyətlə, bu noyabr və dekabr ayları Ukrayna üçün əlamətdar olmalıdır”.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna prezidenti bildirib bunu.
Əsas diqqət yeni müdafiə paketlərinə və Avropa İttifaqı ilə əlaqələrin inkişafına yönələcək.
“Biz həmçinin Ukraynada planlaşdırılan beynəlxalq tədbirlərə hazırlaşırıq. Bizim tərəfdaşlarla işimizin aktivliyi dəyişməz olaraq qalacaq”, - deyə dövlət başçısı əlavə edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB