10 aylıq qızcığaz səhv dərmanın qurbanı olub...

10 aylıq qızcığaz səhv dərmanın qurbanı olub...

...Krasnodar diyarının Temryuk Mərkəzi Rayon Xəstəxanasında dəhşətli faciə baş verib. İstintaq Komitəsinin Krasnodar diyarı üzrə istintaq idarəsi bildirir ki, 10 aylıq qıza səhvən heyvanları evtanaziya etmək üçün dərman qəbul etdirilib, nəticədə uşaq bir neçə dəqiqədən sonra anasının qucağında ölüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qız termiki yanıq xəsarəti ilə anesteziologiya və reanimasiya şöbəsinə yerləşdirilib. 25 yaşlı tibb bacısı kateteri yuyarkən dərmanları qarışdırıb.

Və səhvən yanlış dərman əlavə etdiyi məhlulla yuyub, Kateter qoyulandan sonra uşağın vəziyyəti kəskin pisləşib və qız anasının gözü qarşısında ölüb.

...Məlum olub ki, uşağın venasına daxil olan dərman heyvanların anesteziyası və evtanaziyası üçün istifadə olunur. Qeyd edək ki, ictimai sahədə bu dərmanın satışı qadağandır və yalnız xəstəxanalarda istifadə olunur.

Hazırda faktla bağlı cinayət işi açılıb. Tibb bacısı eyni müddətə müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə