ABŞ İsrailə Qəzzada rabitəni bərpa etməyi göstəriş verib..?

ABŞ İsrailə Qəzzada rabitəni bərpa etməyi göstəriş verib..?

ABŞ Qəzza zolağında rabitəni bərpa etmək üçün İsrail hakimiyyətinə təzyiq edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Washington Post” ABŞ-dakı yüksək vəzifəli mənbəyə istinadən yazır.

Nəşrin məlumatına görə, rabitənin kəsilməsinin arxasında İsrail hakimiyyəti dayanıb. Qəzetin mənbəsi qeyd edib ki, ABŞ “kommunikasiyanın bərpa edilməli olduğunu açıq şəkildə bəyan edib”.

Məlum ki, İsrail hakimiyyəti quru əməliyyatlarını genişləndirməzdən əvvəl amerikalı həmkarlarına cümə günü Qəzza zolağında rabitəni niyə kəsdiklərini izah etməyiblər.

Qeyd edək ki, bundan əvvəl “The New York Times” Amerika rəsmilərinə istinadən, İsrailin Qəzzada genişmiqyaslı quru əməliyyatı planlarını dayandırdığını və onları bir neçə məhdud əməliyyatla əvəz etdiyini yazmışdı.

Və guya bu qərar ABŞ-la razılaşdırılaraq verilib..?

Lakin oktyabrın 29-u axşam saatlarında İsrailin Qəzza zolağının şimal hissəsinə qoşun və tanklar göndərdiyi eləcə də bu hərbi əməliyyatın ən azı altı həftə davam edəcəyi məlum olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə