ABŞ-də Hellouin şənliklərində silsilə atışma baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat ayayıb.
Müxtəlif şatatlarda baş verən insidentlər zamanı 10-a yaxın şəxs ölüb.
Hadisələr ən çox Florida və İndiana ştatlarında cərəyan edib.
Yüzlərlə insanın iştirak etdiyi bayram şənliklərində 60-dan çox insan isə yaralanıb.
Bayram ənənəvi olaraq oktyabrın 31-də qeyd olunur.
Builki Hellouin iş gününə təsadüf etdiyindən bir çox şəhərlərdə şənliklər oktyabrın 28-dən 29-na keçən gecə baş tutub.
Ölənlərin yaş kataeqoriyası 16 ilə 22 arasında dəyişir.
Eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silahla bir neçə nəfəri saxlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB