Kiyev, Saakaşvilinin prezidentliyini geri qaytarmaq və sırf Rusiyaya zərər vermək üçün “Gürcüstan cəbhəsi” açmaq istəyir.
SİA Sputnik Gürcüstana istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin insan hüquqları komitəsinin sədri Mixail Sarjveladze deyib.
Sarjveladze əmindir ki, bu gün Ukrayna hakimiyyəti Mixail Saakaşvilinin yenidən Gürcüstan prezidenti postunu tutmasını istəyir.
Onun sözlərinə görə, Kiyevə Gürcüstan yalnız Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün lazımdır. Gürcüstanlı rəsmiyə görə, Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov bu ideyanı müdafiə edir.
Sarjveladze əlavə edib ki, Kiyev hakimiyyəti Saakaşvilini dəstəkləmək üçün Ukrayna və Gürcüstan arasında “yaxşı münasibətləri qurban verib.
Yeri gəlmişkən xatırladaq ki, 2021-ci ilin oktyabrında Saakaşvili Gürcüstana qanunsuz daxil olarkən saxlanılıb və 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin o, həbsxana kamerasında altı aydan az vaxt keçirib. Qalan vaxtlarda müxtəlif klinikalarda müalicə olunur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB