"Vaqner" PMC-nin 170-dən çox döyüşçüsü "Axmat"a keçib...

"Vaqner" PMC-nin 170-dən çox döyüşçüsü "Axmat"a keçib...

“Vaqner” özəl hərbi şirkətindən 170-dən çox döyüşçü “Axmat” xüsusi təyinatlı bölmələrinə köçürülüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə bazar günü, oktyabrın 29-da Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.

...“Vaqner” döyüşçüləri əvvəllər də müqavilə imzalayıb, bizim dəstəyə keçiblər. Amma indi biz hələ də kadrların kütləvi şəkildə artırılmasından danışırıq. Əminəm ki, digər keçmiş “Vaqner” nümayəndələri də bundan nümunə götürərək “Axmat” xüsusi təyinatlılarının sıralarına qoşulacaqlar.

Bunu deyən Kadırov, “Vaqner” döyüşçülərinin belə qərarlarına sevindiyini də gizlətməyib.

Telegram kanalında o, “belə bir mehriban ailəni” xüsusi əməliyyatda iştirak etməyə çağırıb.

Kadırov bildirib ki, “Axmat-1” elit OMON bölməsinin döyüşçüləri xüsusi əməliyyat zonasına gedib. O, bölmənin döyüş zabiti Əlixan Şavxalovun rəhbərliyi altında qarşıya qoyulan tapşırıqları yerinə yetirəcəyinə də aydınlıq gətirib.

Rus saytlarının yazdığına gğrə, payızın əvvəlində Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski cəbhənin şərq sektorunda yaranmış ağır vəziyyət barədə məruzə edib.

Deyilənlərə görə, bu istiqamətdə rus qoşunlarına kömək etmək üçün iyul ayında Axmat bölməsinin döyüşçüləri yerləşdirilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə