Mahaçqalada Tel-Əvivdən uçan təyyarə antisemit etirazla qarşılanıb

Mahaçqalada Tel-Əvivdən uçan təyyarə antisemit etirazla qarşılanıb

Təl-Əvivdən uçan təyyarə gəlməzdən əvvəl Mahaçqala hava limanına toplaşan bir neçə yüzə qədər insan antisemit etiraz aksiyası keçirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, toplananlar İsrailə etiraz edir və yəhudilərin bölgədən çıxarılmasını tələb edirlər.

“Flight Radar 23” xidmətinin məlumatına görə, “Red Wings” aviaşirkətinin təyyarəsi yerli vaxtla saat 7:17-də hava limanına eniş edib.

Aeroporta çevik qüvvələrin əməkdaşları gəlib, Mahaçqala və Kaspiyskdə Daxili İşlər Nazirliyinin binalarına əlavə qüvvələr göndərilib.

“Diqqət, Xəbər” nəşri iddia edir ki, sakinlər hava limanını tərk edərkən İsrail vətəndaşı olmadıqlarına əmin olmaq üçün gedənlərin sənədlərini yoxlamağa çalışırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə