Hindistanda yenə qatarlar toqquşub, üç nəfər ölüb

Hindistanda yenə qatarlar toqquşub, üç nəfər ölüb

Hindistanın cənubunda qatarlar toqquşub.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Hava xətti kabelinin qırılması səbəbindən qatarlardan biri dayanıb.

Bu zaman sürətlə hərəkət edən digər qatar ona çırpılıb.

Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxıb, üç nəfər ölüb.

Qəza yerinə təcili yardım maşınları cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə