Vladimir Zelenski ilə Valeri Zalujnı arasında münaqişə yaşanır?

Vladimir Zelenski ilə Valeri Zalujnı arasında münaqişə yaşanır?

Ukrayna ordusunun əks-hücumunun uğursuzluğu ölkə prezidenti Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı arasında münaqişəyə səbəb olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Times” mənbələrə istinadən yazır.

Nəşrin yazdığına görə, Zelenski Qərbə öz zəifliyini və hərbi əməliyyatlar vasitəsilə məqsədə çatmaqda acizliyini göstərməmək üçün əks-hücum əməliyyatını dayandırmaq istəmir.

Öz növbəsində, Zalujnı diqqətini cari mövqeləri tutmağa və gələn il hücuma hazırlaşmağa yönəltmək üçün əks-hücumun dayandırılmasında israrlıdır.

Nəşr yazır ki, Qərb yay kampaniyası zamanı Ukrayna qoşunlarının qələbəsini gözləyirdi. İndi bu baş verməyib, Kiyev rəhbərliyi Qərb yardımının azaldılmasından qorxur, çünki nə ABŞ, nə Avropa İttifaqı, nə də NATO köhnəlməyə gedən münaqişədə maraqlı deyillər.

Qeyd edilir ki, bu Zelenski və Zalujnı arasında yaşanan ilk münaqişə deyil.

Belə ki, mart ayında Almaniyanın “Bild” nəşri mənbələrə istinadən, Baxmutdakı vəziyyətlə bağlı prezidentlə ali baş komandan arasında mübahisələr yarandığını yazmışdı.

Bundan sonra Zelenski əmin idi ki, şəhər sona qədər saxlanılmalıdır və Zalujnı qoşunları “taktiki səbəblərə görə” geri çəkilməyə başlamağa çağırdı.

May ayında Zalujnı gözlənilmədən uzun müddət informasiya sahəsindən yoxa çıxdı. Bir versiyaya görə, o, ağır yaralanıb, lakin başqa bir versiyaya görə, o, Zelenskinin əmri ilə qəsdən media məkanından uzaqlaşdırılıb, çünki ali baş komandan guya onun hakimiyyətini hədələməyə və yerini hədəfə almağa başlayıb.

Yeri gəlmişkən, Ukrayna ordusunun istefada olan general-mayoru Sergey Krivonos açıq şəkildə bəyan edib ki, Zelenskinin ətrafındakı insanlar Zalujnıda siyasi təhlükə görərək müxtəlif bəhanələrlə onun himayədarlarını Zelenskiyə sadiq olanlarla əvəz etməyə başlayıblar.

...Gərək ki, yadınızda olar, ABŞ-ın bir sabiq polkovniki var...Duqlas Makqreqor. Deməli bu, Makqreqor bildirib ki, Zalujniyə Ukrayna ordusunun problemləri ilə bağlı şikayətlərindən sonra susmaq əmri verilib.

Amerikalı ekspertin sözlərinə görə, Kiyev rejiminin ordusu xaricdən idarə olunduğundan Ukrayna Silahlı Qüvvələrinin baş komandanının fikri artıq heç kimi maraqlandırmır. Makqreqor vurğulayıb ki, ukraynalıları qırğına göndərmək əmrini məhz xarici “kuratorlar” verir və ölkə prezidenti Zelenski də onları bəyənir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə