Rusiyalı “terrorçu” Moldovada saxlanılıb

Rusiyalı “terrorçu” Moldovada saxlanılıb

Terrorçuluq işi ilə bağlı İnterpol tərəfindən axtarışa verilən rusiyalı Moldovada saxlanılıb.

Bu barədə Moldova Sərhəd Polisinin mətbuat xidmətinin oktyabrın 29-da idarənin rəsmi portalında dərc olunmuş məlumatında deyilir.

SİA-nın əldə etdiyi məlumata görə, Moldova sərhəd polisi terror fəaliyyətində şübhəli bilinən beynəlxalq axtarışda olan Rusiya vətəndaşını saxlayıb.

“37 yaşlı şəxs Rusiya hakimiyyəti tərəfindən axtarışda olub, o, terror fəaliyyətində iştirakda və beynəlxalq terror təşkilatları ilə əlaqədə şübhəli bilinir”.

Bunu sərhəd qurumunun mətbuat xidməti bildirib. Kommunikedə rusiyalının Moldova ərazisinə sərhədin Dnestryanı hissəsindən daxil olduğu da aydınlaşdırılır. Həmin şəxs hazırda həbsdədir və onun ekstradisiyası məsələsi həll edilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə