Medvedev Avropa İttifaqını Rusiyanın düşməni adlandırıb

Medvedev Avropa İttifaqını Rusiyanın düşməni adlandırıb

Avropa ABŞ-ın təhriki ilə Rusiyanın ən qatı düşməni olmağa qərar verərək özünü degenerasiyaya yaxınlaşdırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Medvedev “Vkontakte” sosial şəbəkəsində Avropa İttifaqının etibarlı və uzunmüddətli strateji tərəfdaşı olan Rusiyanı itirdiyini yazıb.

Avropa İttifaqı əməkdaşlıq və tərəfdaşlıq əvəzinə “dəli sui-qəsd nəzəriyyələri” qurur və silahlara astronomik məbləğlər xərcləyir. Rusiya bundan məmnun deyil, amma “bu bir faktdır”.

“ABŞ-ın təhriki ilə ölkəmizin ən qatı düşməni olmaq qərarına gələrək Avropa özünü son degenerativ degenerasiyaya çox yaxınlaşdırıb”.

Qeyd etdiyimiz kimi, bunu Medvedev yazıb.

Onun fikrincə, böyük dövlətlər gec-tez yeni dünyanın şərtləri ilə razılaşacaqlar. Vaşinqton Rusiya, Çin və Qlobal Cənub ölkələrindən qaça bilməz.

Medvedevə görə, ən çox itirən Avropa Birliyi olacaq. Yəni “şirin, qoca Avropa tezliklə yox olacaq”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə