Ukraynanın Donetsk vilayətinin Rusiya hərbçilərinin nəzarətində olan Volnovaxa şəhərində 9 nəfər həlak olub. Ölənlər arasında iki uşaq da var. Bir sıra məlumatlara görə, qətli rus hərbçisinin törətmiş ola biləcəyi ehtimal edilsə də, amma bu, rəsmi təsdiqini tapmayıb.
Rusiya İstintaq Komitəsi iki və ya daha çox şəxsi öldürmə maddəsi ilə cinayət işinin açıldığını elan edib. Məlumatda bildirilir ki, ölənlərin cəsədləri mərhumun ailəsinə məxsus fərdi evdə güllə yaraları ilə aşkar edilib.
SİA-nın əldə etdiyi məlumata görə, “Astra” teleqram kanalı yerli sakinlərə, ölənlərin qonşularına və qohumlarına istinadən qətlin rusiyalı hərbçi tərəfindən törədildiyini iddia edir.
Kanalın həmsöhbətlərinin sözlərinə görə, qətl oktyabrın 27-də Donetska küçəsindəki fərdi yaşayış binasında baş verib. Ev bir ailəyə məxsus idi - ər-arvad, onların iki övladı, bir məktəbli qız və 4 yaşlı oğlu olub.
Deyilənlərə görə, onların hamısının və evdə olan digər beş nəfərin də öldürüldüyü iddia edilir. Digər öldürülənlərin ad gününü qeyd edən qonaqlar olduğu iddia edilir.
Qətlin hansı şəraitdə baş verdiyi hələ də bəlli deyil. “Astra”nın bəzi həmsöhbətləri, eləcə də yerli çat istifadəçiləri iddia edirlər ki, qətldən bir qədər əvvəl rusiyalı hərbçi ev sahibi ilə mübahisə edib. Bir sıra məlumatlara görə, qətl “motosiklli hərbçilər” tərəfindən və evdəki insanların yatdığı vaxtda törədilib.
Xatırladaq ki, Volnovaxa 2022-ci ilin martında rus qoşunları tərəfindən işğal edilib. Döyüşlər zamanı şəhər ciddi şəkildə dağıdıləb. İndi o, cəbhə xəttindən nisbətən uzaqdadır. Rusiya hakimiyyəti şəhəri bütün Donetsk vilayəti kimi Rusiya ərazisi hesab edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB