Floridada insanlar sıx olduğu ərazidə atəş açılıb

Floridada insanlar sıx olduğu ərazidə atəş açılıb

ABŞ-nin Florida ştatının Tampa şəhərinin küçəsində Hellouin şənliyi zamanı iki qruplaşma arasında dava silahlı qarşıdurmaya çevrilərək 2 nəfərin ölümü, 18 nəfərin yaralanması ilə nəticələnib. SİA xəbər verir ki, insident xeyli sayda bar və gecə klublarının yerləşdiyi küçədə baş verib. Polis açıqlayıb ki, hadisədə azı iki atıcı iştirak edib ki, onlardan biri artıq təslim olub.

Polis hadisənin səbəblərini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə