Banqladeşin paytaxtı Dəkkədə müxalifətin etiraz aksiyası zamanı baş verən toqquşmalarda jurnalistlər və polislər də daxil olmaqla, 50-dən çox insan yaralanıb. SİA xəbər verir ki, bu barədə “The Daily Star” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Baş nazir Şeyx Hasinanın istefasını tələb edən aparıcı müxalifət partiyası olan Banqladeş Milli Partiyasının tərəfdarları bir neçə avtomobil və avtobusu yandırıblar. Polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməli olub.
Hakim Milli Liqanın baş katibi Obaydul Kuader bildirib ki, müxalifətin təcavüzkar hərəkətlərinə cavab olaraq, bazar günü ölkə boyu dinc yürüş keçiriləcək. “Biz mitinqə çıxacağıq. Şeyx Hasinanın tərəfdarları həmişə hərəkətə keçiblər, sabah da edəcəklər", - o deyib.
Bundan əvvəl, “France-Presse” agentliyi məlumat vermişdi ki, müxalifətin Dəkkə şəhərində keçirilən mitinqində bir polis həlak olub. Nümayişdə müxalifət partiyalarının yüz mindən çox tərəfdarı iştirak edib. Onlar hökuməti korrupsiyada və insan haqlarının pozulmasında ittiham edirlər. Müxalifət yanvarda keçiriləcək ümumi seçkilər ərəfəsində fəaliyyətini gücləndirib və şənbə mitinqini bu ilin ən böyük mitinqini adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB