İsrail ordusu Livanda Hizbullah mövqelərinə zərbələr endirib

İsrail ordusu Livanda Hizbullah mövqelərinə zərbələr endirib

Raket hücumlarına cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Hizbullahın Livandakı mövqelərinə hücum edib. SİA xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hərbçilərin sözlərinə görə, zərbələr Hizbullahın hərbi infrastrukturunu, o cümlədən müşahidə məntəqələrini və təşkilatın hərbi komplekslərindən birini hədəf alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə