Almaniya Yaxın Şərqə mindən çox əsgər göndərib

Almaniya Yaxın Şərqə mindən çox əsgər göndərib

Almaniya silahlı qüvvələri Almaniya vətəndaşlarının münaqişə zonasından çıxarılması üçün mümkün əməliyyata görə Yaxın Şərqə mindən çox hərbçi yerləşdirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə DPA agentliyi Berlindəki hüquq-mühafizə orqanlarının nümayəndələrinə istinadən məlumat yayıb.

"Bundesver Almaniya vətəndaşlarının mümkün təxliyəsi üçün Yaxın Şərqə 1000-dən çox əsgər göndərib", - bəyanatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə