...Fələstin qrupları öz qərarlarını verir, Tehran onlara əmr vermir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu İran prezidenti İbrahim Rəisi İsrailə hücumda İranın əli olması ilə bağlı ittihamlara cavab olaraq deyib.
Rəisi deyib ki, İran fələstinlilərə və onların müqavimətinə barışmaz dəstək verir, lakin həm Fələstində, həm də bütün regionda müqavimət qüvvələri müstəqildir. Qeyd edək ki, “Əl-Cəzirə”nin verdiyi xəbərə görə, Rəisinin sözlərinə görə, bu qüvvələr özləri qərar verirlər və Tehrandan heç bir əmr almırlar.
Xatırladaq ki, İsrail hakimiyyəti Fələstinin HƏMAS hərəkatının İsrailə hücumuna görə İranın məsuliyyət daşıdığını iddia edir.
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS-ın hərbi büdcəsinin 90 faizi İran tərəfindən təmin edilir.
Bu arada ABŞ isə şiə qruplarının Yaxın Şərqdəki Amerika bazalarına hücumlarında İranı günahlandırır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB