Maykl Pens ABŞ prezidentliyi yarışından geri çəkilir

Maykl Pens ABŞ prezidentliyi yarışından geri çəkilir

Amerikanın keçmiş vitse-prezidenti Mayk Pens ABŞ-da seçki yarışında iştirakını dayandırmaq qərarına gəlib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, bunu Las-Veqasda C-SPAN tərəfindən yayımlanan çıxışı zamanı bildirib.

Siyasətçinin sözlərinə görə, o, altı ay ərzində “ölkəni gəzdikdən sonra” bu qərarı verib, bundan sonra “indi onun vaxtı olmadığını” anlayıb.

Pens, “...mən bu gündən etibarən prezidentliyə namizədliyimi dayandırmaq qərarına gəldim” deyə fikrini bitirib.

Qeyd edək ki, Mayk Pens, 2024-cü il seçkilərində Respublikaçılar Partiyasının prezidentliyə namizədliyini irəli sürmüşdü.

Yeri gəlmişkən, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə digər namizəd Vivek Ramasvami deyib ki, qalib gələrsə, Rusiyanın yeni ərazilər üzərində nəzarətini tanımaq niyyətindədir. Bundan əlavə, o, sanksiyaları ləğv etməyi və Ukraynanın Şimali Atlantika Alyansındakı namizədliyini əngəlləməyi planlaşdırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə