“Qəzza Şərqi Qüdslə birlikdə Fələstinin ayrılmaz hissəsi olaraq qalacaq”
Fələstin prezidenti Mahmud Abbas ərəb liderlərini İsrailin Qəzza zolağına hücumlarını dayandırmağa çalışmaq üçün təcili toplantı keçirməyə çağırıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, bu barədə İordan çayının qərb sahilində Ramallahda keçirilən Fələstin Azadlıq Təşkilatının icraiyyə komitəsinin iclasında bildirib.
Mahmud Abbas ərəb liderlərini İsrailin Fələstin xalqına qarşı qəddar təcavüzünü dayandırmaq, beynəlxalq çağırışlarla birgə mübarizə aparmaq və fələstinlilərin öz torpaqlarında qalmasını təmin etmək üçün təcili ərəb zirvəsi keçirməyə çağırıb.
Abbasın sözlərinə görə, Fələstin xalqı hazırda İsrailin bütün dünya qarşısında törətdiyi soyqırım və kütləvi qətllər müharibəsini yaşayır.
BMT Baş Assambleyasının Qəzza ilə bağlı qətnaməsi də daxil olmaqla beynəlxalq arenadakı bütün səylərə İsrail quru işğalı və Fələstin anklavının görünməmiş bombalanması ilə cavab verdi.
Fələstin lideri bütün ölkələri Fələstin qanının axmasını dayandırmaq üçün İsrail hakimiyyətinə təzyiq göstərməyə çağırıb.
Abbas qeyd edib ki, fələstinlilər sektorda dağıdılan hər şeyi bərpa edəcəklər və Qəzza İordan çayının qərb sahili eləcə də Şərqi Qüdslə birlikdə Fələstin dövlətinin ayrılmaz hissəsi olaraq qalacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB