İsrailin baş naziri Benyamin Netanyahu oktyabrın 28-i axşam saatlarında mediaya müraciət edərək “biz, İsrail hökuməti olaraq yerüstü işğalın genişləndirilməsini yekdilliklə təsdiqləyirik” deyib.
...Bizim məqsədimiz yalnız birdir: qatil düşməni məğlub etmək. Biz “bir daha heç vaxt” dedik və “indi də heç vaxt” təkrar edirik. Girovlar ailələri ilə görüşəndə ürəyim ağrıdı. Mən onları əmin etdim ki, biz onların yaxınlarını evlərinə gətirmək üçün bütün imkanlarımızı sərf edəcəyik. Onların əsir götürülməsi insanlığa qarşı cinayətdir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu baş nazirə istinadən “Haaretz” nəşri yazır.
İsrailin baş naziri İsrail Müdafiə Qüvvələrini müharibə cinayətlərində ittiham edənlərin ikiüzlü olduğunu vurğulayaraq Qəzzalı mülki vətəndaşları Qəzza zolağının cənub hissəsinə təxliyə etməyə çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB