Rusiya Xarici İşlər Nazirliyi bu forumu “anti-Rusiya hadisəsi” adlandırıb

Maltada Ukraynada sülhün əldə edilməsinə dair beynəlxalq konfrans öz işinə başlayıb
Rusiya Xarici İşlər Nazirliyi bu forumu “anti-Rusiya hadisəsi” adlandırıb

Maltada 60-dan çox ölkənin iştirakı ilə Ukraynada sülhün əldə edilməsinə dair beynəlxalq konfrans öz işinə başlayıb. Rus saytlarının yazdığına görə, Ukrayna hakimiyyəti onlara Vladimir Zelenskinin qondarma sülh formulasını - Kiyevin müharibəni bitirmək üçün yerinə yetirilməsini tələb etdiyi şərtləri təqdim edir.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya tədbirə dəvət edilməyib. “DW” xəbər verir ki, əvvəlki iştirakçılardan Çin ona məhəl qoymayıb.

Azadlıq” radiosunun Ukrayna xidməti qeyd edir ki, iki günlük danışıqlarda iştirak edəcək nümayəndələrin siyahısı açıqlanmayıb. Danışıqlar nəticəsində 2023-cü ilin sonunda Ukraynadakı müharibənin həlli üzrə qlobal sammitin keçirilməsinə dair razılaşmanın qəbul ediləcəyi gözlənilir. Yeri gəlmişkən, Zelenski iştirakçılara müraciətini yazıb.

Ukrayna prezidenti videomüraciətində deyib: “Son bir il ərzində bizim sülh düsturumuz getdikcə qloballaşır, çünki siz hamınız onu dəstəklədiniz və ya ən azı onunla işləmək üçün səmərəli maraq göstərdiniz. "Düstur... zaman keçdikcə digər təcavüzlər zamanı beynəlxalq hüququn bütün qüvvəsinin oxşar şəkildə tətbiqi üçün bir model ola bilər”.

Zelenskinin planı Rusiya qoşunlarının 1991-ci il sərhədləri daxilində Ukrayna ərazisindən tamamilə çıxarılmasını, dəymiş ziyana görə ən azı yüz milyardlarla avro təxmin edilən təzminatın ödənilməsini, işğalın günahkarlarının mühakimə olunmasını, və Ukraynanın ərzaq, enerji və radiasiya təhlükəsizliyinin təmin edilməsidir.

Qeyd edək ki, Moskva Zelenskinin formulunu “tamamilə həyata keçirilə bilməz” sayır. Rusiya Xarici İşlər Nazirliyi bu forumu “açıq şəkildə anti-Rusiya hadisəsi” adlandırıb.

Forumun başlandığı gün TASS dövlət agentliyi anonim mənbəyə istinadən bildirib ki, bu dəfə foruma Çindən başqa Misir və BƏƏ gəlməyib. Materialda iştirakçılar arasında yeni ölkələrin, o cümlədən Ermənistanın da olduğu etiraf edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə