Çeçenistanda pivənin pərakəndə satışı yeddi dəfə artıb...

Çeçenistanda pivənin pərakəndə satışı yeddi dəfə artıb...

...2018-ci ildən bəri Çeçenistanda pivənin pərakəndə satışı yeddi dəfə artıb. Son beş ildə alkoqol istehlakı tədricən artıb.

Belə ki, 2018-ci ildəki 33 min desilitrdən 2020-ci ilin “COVİD” ilində 132 min desilitrədək. 2021-ci ildə pivə satışı bir qədər azalaraq 125 min desilitr təşkil edib. Bununla belə, Ukraynada müharibənin başlaması ilə Çeçenistan Respublikasının sakinləri daha tez-tez pivə almağa başlayıblar: keçən il içkinin pərakəndə satışı 181 min, bu ilin yanvar-avqust aylarında isə artıq 240 min desilitrə çatıb.

Müqayisə üçün deyək ki, qonşu Dağıstanda eyni beş il ərzində pivə satışı (hər ilin üç rübünün məlumatları) 915 mindən 1,38 milyon desilitə qədər artıb; Kabardin-Balkariyada istehlak bir qədər azalıb: 521 mindən 489 minə. Şimali Osetiyada beş il əvvəl 160 min, bu il isə 341 min dekalitr pivə satıblar. Lakin Qaraçay-Çərkəzdə, rəsmi statistikaya görə, pivə istehlakı 2,6 dəfə azalıb, yəni 2018-ci ildəki 664 mindən 2023-cü ildə 252 minə düşüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2023-cü ilin üç rübündə Rusiyada 8,1 milyon dekalitr pivə satılıb ki, bu da beş il əvvəlki göstərici ilə müqayisə oluna bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə