Musa əl-Kuni Türkiyə xalqını təbrik edib

Musa əl-Kuni Türkiyə xalqını təbrik edib

Liviya Prezident Şurasının sədr müavini Musa əl-Kuni Türkiye Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Türkiyə xalqını və prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hökuməti təbrik edib.

SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Musa əl-Kuni bəyan edib ki, Türkiyə Cümhuriyyəti yarandığı gündən regionda baş verən bütün proseslərdə güclü ölkə olub.
Kuni bildirib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında son 20 ildə Türkiyədə təkcə iqtisadi sahədə deyil, həm də intellektual və mənəvi sahədə inqilab baş verib.
''Türkiyə xalqını, prezident Rəcəb Tayyib Ərdoğanı və hökumətini Cümhuriyyətin 100-cü ildönümü münasibətilə təbrik edirəm”,-deyə Musa əl-Kuni qeyd edib.

Prezident Ərdoğanın nümunəvi bir lider olduğunu vurğulayan Musa əl-Kuni deyib: "Biz cənab Ərdoğana heyranlıqla baxırıq. O, nümunəvi bir liderdir. Ərdoğanın yürütdüyü siyasət sayəsində Türkiyə böyük dövlətlər sırasına qoşuldu. Ərdoğan İslam və ərəb dünyasındakı gənclərinin və xalqının ideallarını təmsil edir. Dünyada belə müstəsna liderlər qalmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə