Kral III Çarlz Ərdoğana məktub ünvanlayıb

Kral III Çarlz Ərdoğana məktub ünvanlayıb

İngiltərə Kralı III Çarlz Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, məktubda bu ifadələrə yer verilib: ''Bu əlamətdar gündə, ölkənizin yaranmasının 100-cü ildönümü münasibətilə Zati-alinizə və Türkiyə xalqını təbrik edirəm''
Kral Çarlz 2015-ci ildə Türkiyəyə səfəri zamanı qarşılaşdığı qonaqpərvərliyi sevgi ilə xatırladığını bildirib.
Kral Çarlz İngiltərə ilə Türkiyə arasındakı tərəfdaşlıq və dostluğun davam etməsini arzu etdiyini qeyd edib.
"Əminəm ki, əlaqələrimiz daha da güclənəcək. Siz və dünyanın hər yerində yaşayan türklər Türkiyenin yüzilliyini qeyd edərkən mən və xanımım sizə ən xoş arzularımızı çatdırırıq",-deyə Kral III Çarlz məktubunda vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə