Londonda minlərlə insan Fələstinə dəstək nümayişi keçirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Sky News” yayıb.
Nəşrin yazdığına görə, etirazçılar atəşkəs tələb edirlər. Onlar Britaniya parlamentinin yaxınlığındakı meydana çıxıblar. Təhlükəsizlik rəsmiləri hesab edir ki, Fələstin tərəfdarları kimi aksiyada təxminən yüz min adam iştirak edəcək.
Qeyd olunur ki, mitinq təkcə Londonda deyil, ölkənin digər şəhərlərində də keçirilir.
Xatırladaq ki, bundan əvvəl İsrail polisinin Qeysəriyyə şəhərində baş nazir Benyamin Netanyahunun evinin yaxınlığında etiraz aksiyasının keçirilməsinə icazə verdiyi məlum olub.
Hüquq-mühafizə orqanları etiraz hüququnu “demokratik ölkənin təməl daşı” adlandırırlar.
Lakin mitinq yerli qanunlara və Daxili Qoşunlar Komandanlığının istənilən göstərişinə uyğun keçirilməlidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB