Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Yunanıstanda yerləşən qaçqın düşərgələrində iğtişaşlar başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə oktyabrın 28-də “AiF” Almaniyanın Bild nəşrinə istinadən yazır.
Beləliklə yazılanlara görə, son bir neçə gündə Yunanıstan qaçqın düşərgələrində sonradan kütləvi iğtişaşlarla nəticələnə biləcək insidentlər başlayıb.
Onlar üçün tətikləyici faktor Fələstin-İsrail münaqişəsinin gərginləşməsi olub, bunun fonunda radikal islamçılar Fələstinin HƏMAS hərəkatına dəstək ifadə edərək, Fələstinin İsrailə qarşı mübarizəsinə qoşulmaqla hədələyiblər.
“AiF”-in yazdığına görə, islam radikalları Afrikadan olan qaçqınları təxribata çəkir, onları HƏMAS-ı dəstəkləməyə razı salırlar. Mütəxəssislərin fikrincə, bu cür hərəkətlər geri dönməz nəticələrə səbəb ola bilər.
... Balkanların minlərlə radikal üçün “bir növ qapıya” çevrilə biləcəyi, deyəsən Qərbi yaman qorxudur.
“...Balkanlar və Balkan marşrutu islamçı terrorçular üçün qapı olmaq təhlükəsi yaradır. Suriya, Türkiyə və ya İraqda məskunlaşan islamçı yaraqlılar buraya sızaraq fəallaşa bilər. Bu gün bir çox insan, bizim burada görmək istəmədiyimiz, təhlükəli olanların çoxu Yaxın Şərqi tərk edir.
Qeyd edək ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin eks-prezidenti Avqust Hanninq bildirib.
Hanninqin fikrincə, xüsusilə quru əməliyyatı başlasa və İsrail Müdafiə Qüvvələri Qəzza zolağının ərazisini təmizləsə, Balkanlarda vəziyyət kəskin şəkildə gərginləşə bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB