Mərkəzi Asiyadan olanlar Moskvada hərbi xidmətdən yayındıqlarına görə...
Moskvada Mərkəzi Asiyadan olan vətəndaşların hərbi xidmətdən yayınması ilə bağlı 22 cinayət işi açılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edək ki, söhbət əvvəllər Rusiya vətəndaşlığını almış çağırışçılardan gedir. Hüquq-mühafizə orqanlarının əməkdaşları qaçmaqda şübhəli bilinən şəxsləri axtarır. Onların həqiqətən də hərbi borcunu yerinə yetirmək istəmədikləri ortaya çıxarsa, vətəndaşlıqdan məhrum edilə bilərlər.
Onu da qeyd edək ki, əvvəllər vətəndaşlıq almış 80-dən çox şəxs Rusiya Silahlı Qüvvələrində xidmətə göndərilib.
Bu ilin sonuna kimi 18-27 yaş arası rusiyalılar hərbi xidmətə çağırılır.
Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30 yaşa yüksələcək.
Onu da xatırladaq ki, cinayət maddəsinə görə, hərbi xidmətdən yayınma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB