İtaliyada helikopter qəzaya uğrayıb, pilot həlak olub

İtaliyada helikopter qəzaya uğrayıb, pilot həlak olub

İtaliyanın Toskana və Liquriya regionlarının sərhədində helikopter qəzaya uğrayıb. SİA xəbər verir ki, göyərtəsində yalnız pilotun olduğu özəl şirkətə məxsus mülki helikopter Karrara bölgəsində dağlıq ərazidə yerə çırpılıb və yanıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasetmə qrupları cəlb olunub, yanğın təyyarə ilə söndürülüb.

Şahidlər helikopterin uçarkən mühərrikinin alovlandığını bildiriblər. Qəza nəticəsində 28 yaşlı qadın pilot həlak olub. Hadisə yerində təhqiqat aparılıb, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə