BMT Baş Assambleyası İsrail və Fələstini dərhal atəşkəsə çağıran qətnamə qəbul edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.
Sənədin mətninə əsasən, qətnamə münaqişə tərəflərini dərhal barışığa və hərbi əməliyyatları dayandırmağa çağırır. Qətnamədə həmçinin bildirilir ki, BMT münaqişənin hər bir tərəfində mülki şəxslərə qarşı zorakılığı pisləyir və həmçinin “qanunsuz əsir götürülən mülki şəxslərin dərhal, qeyd-şərtsiz azad edilməsinə” çağırır.
Qeyd olunur ki, qətnamə İordaniya və daha 40 ölkə tərəfindən hazırlanıb. 120 ölkə onun qəbul edilməsinə səs verib, daha 14 ölkə əleyhinə, 45 ölkə isə bitərəf qalıb.
Xatırladaq ki, oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlıları İsrail ərazisinə kütləvi hücum həyata keçirib. Buna cavab olaraq İsrail hakimiyyəti Qəzza zolağında cavab əməliyyatına başladığını elan edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB