Ukrayna süqut etsə “hamımız yıxılacağıq”..?

Ukrayna süqut etsə “hamımız yıxılacağıq”..?

Çexiya prezidenti Petr Pavel respublikadakı xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşü zamanı ölkəsinin öz mövqeyinə sadiq qaldığını və Ukraynanın suverenliyini dəstəklədiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini “ChTK” agentliyi sitat gətirir.

Ukraynanın süqutunun nəticələrini açıqlayan Pavel, bu halda “hamımız yıxılacağıq” deyə bildirib. Siyasətçinin fikrincə, indiki münaqişələri hər iki tərəfi dinləməklə və onların hər birinin maraqları arasında hardasa xətt çəkməklə həll etmək olmaz.

Çexiya prezidenti İsrail-Fələstin münaqişəsinə də münasibət bildirib. O qeyd edib ki, bu böhranın nəticələri dəhşətli və anlaşılmazdır.

“Terrorun cəmiyyətimizdə yeri yoxdur. HƏMAS-ın dəhşətli hərəkətlərinə qətiyyən haqq qazandırmaq olmaz. Nəhayət, terrorçular harada olmalarından asılı olmayaraq öz vəhşiliklərinin əvəzini ödəyəcəklər”, -deyə Pavel bildirib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Çexiya prezidenti Qərb ölkələrini Kiyevin Krımı ələ keçirmək planlarını dəstəkləməkdən çəkinməyə çağırıb.

“...Ukraynanı müəyyən nəticəyə sövq etməkdə diqqətli olmalıyıq”.

Bunu da Pavel bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə