Pentaqon ABŞ-ın arsenallarındakı nüvə silahlarının ümumi sayını dəyişmədən əsas B61 atom bombasını modernləşdirməyə qərar verdiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.
Onlar Konqresin təsdiqi və lazımi vəsaitin ayrılması ilə BB61 nüvə bombasını B61-13 variantına yüksəltmək niyyətindədirlər. Yenilənmiş versiya B61-7 ehtiyatının bir hissəsini əvəz edəcək. O, B61-12-nin ən müasir modifikasiyasına xas olan daha yüksək təhlükəsizlik və dəqiqlik göstəriciləri ilə oxşar gücə malik olacaq.
...Bombanın daha da modernləşdirilməsi ilə bağlı qərar hər hansı ayrı-ayrı beynəlxalq tədbirlərə reaksiya kimi qəbul edilməməlidir. Bununla belə, bu planlar dünyada inkişaf edən təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsini əks etdirir.
Pentaqondab belə bildirilib.
Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ yeni “Müstəqillik” adını verdiyi silahını sınaqdan keçirib.
Və bundan əlavə, ölkə yerüstü və hava hədəflərini vura bilən Standard Missile 6 (SM-6) zenit raketini buraxıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB