Rusiya taxılının idxalına məhdudiyyət təklifi...

Rusiya taxılının idxalına məhdudiyyət təklifi...

Bu arada Latviya prezidenti Edqars Rinkeviç ölkənin kənd təsərrüfatı naziri Armand Krause ilə görüşdə nazirin Rusiya taxılının blok ölkələrinə idxalının məhdudlaşdırılması məsələsini Avropa İttifaqı səviyyəsində müzakirə etmək təklifini dəstəkləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” məlumat yayıb.

Prezident Aparatının media mərkəzinin nümayəndəsi Elina Kresa bildirib ki, tərəflər nazirin işinin prioritetlərini və kənd təsərrüfatındakı vəziyyəti, o cümlədən meyvə-tərəvəzlərə ƏDV-nin aşağı salınması məsələsini müzakirə etmək üçün görüşüblər.

Prezident Qlobal Cənub ölkələrinə ərzaq tədarükünü məhdudlaşdırmamaq üçün üçüncü ölkələrə tranzit saxlamaqla Rusiya taxılının Avropa İttifaqına idxalının məhdudlaşdırılması məsələsinin müzakirəsi təklifini dəstəkləyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə