Saakaşvili qayıdacağını vəd edir...

Saakaşvili qayıdacağını vəd edir...

Keçmiş prezident Mixail Saakaşvili bir ildən sonra keçiriləcək parlament seçkiləri üçün Gürcüstanın siyasi həyatına qayıtmağı planlaşdırır.

SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, o, bunu məhkəmə zamanı “Vivamedi” klinikasından yaradılan əlaqə zamanı bildirib.

Qeyd edək ki, Saakaşvili müxalifəti “Gürcü arzusu”na qarşı birləşməyə çağırıb.

Keçmiş prezident yenidən Putinin əsiri olduğunu bəyan edib və rusların Gürcüstana kütləvi köçü məsələsini necə həll edəcəyini bildirib.

“Yaşasın Gürcüstan! Ukraynaya eşq olsun! Yaşasın gələcək qələbəmiz!”.

Onu da qeyd edək ki, Mixail Saakaşvilinin çıxışının son sözündə onun məhkəmə zalındakı tərəfdarları ayağa qalxaraq sürəkli alqışlarla qarşılayıblar.

Əslində onları sevindirəcək başqa şey idi. Belə ki, əvvəlki distant sınaqlardan fərqli olaraq, keçmiş prezident bu dəfə arıq olsa da, baxımlı və səliqəli görünürdü. O, səhhətindən belə şikayət etməyib, əksinə, Milli Hərəkatın seçki kampaniyasına başladığını deyib.

“...Onlar məni nə qədər susdurmağa çalışsalar da - klinikada, müxtəlif hüquqi döyüşlər zamanı - əsas odur ki, mən Gürcüstandayam və onun xilası prosesində fəal iştirak edəcəyəm”.

Bunu deyən Saakaşvili, Gürcüstanı Sovet İttifaqına qaytarmaq niyyətində olduğunu bildirdiyi “Gürcü arzusu”nun gücünü aradan qaldırmaq üçün müxalifəti seçkilərdə birləşməyə çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə