O, həmçinin Sibirin müstəqilliyindən danışıb...

İrkutskda qatarı saxlamağa cəhd edən fəal 12 il müddətinə azadlıqdan məhrum edilib.
O, həmçinin Sibirin müstəqilliyindən danışıb...

Şərq Dairə Hərbi Məhkəməsi 19 yaşlı İrkutsk sakini İlya Podkamennoyu 12 il müddətinə azadlıqdan məhrum edib. Ötən ilin noyabrında o, relslərə vərəqələr yapışdıraraq qatarların hərəkətini dayandırmağa çalışıb.

O, həmçinin Sibirin müstəqilliyindən danışıb və guya hərbi komissarlığı yandırmağı planlaşdırıb.

SİA-nın əldə etdiyi məlumata görə, məhkəmə onu beş cinayət ittihamı ilə təqsirli bilib: terror aktına hazırlıq, internetdə terrora bəraət qazandırmaq, terror fəaliyyətinə şərait yaratmaq, terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə təlim keçmək, habelə ekstremizmə açıq çağırışlar epizodu üzrə iki.

Rus saytlarının yazdığına görə, Podkamennı hələ 18 yaşı tamam olmamış ötən ilin mayında qatarı saxlamağa cəhd edib.

Belə ki, o, relsləri məftillə bükərək məktəb dəftərindən “Katsaplara ölüm!”, “Yarpaqların əvəzinə Putinistlər sallanacaq”, “Sibirə azadlıq!” sözləri yazılmış yarpaqları yapışdırdı.

Deyim ki, qatarın maşinist belə deyib. Guya relslərdə maneə görən maşinist qatarı saxlayıb. Rels üzərindəki mələfə və məftilləri çıxararaq polisə məlumat verib.

Xatırladaq ki, İlya Podkamennı 2022-ci ilin noyabrında həbs edilib.

Amma onun vəkili gəncin terror aktları ilə bağlı çağırışları olmadığını deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə