Əməkdaşlığa dair sazişə...son?

Əməkdaşlığa dair sazişə...son?

Rusiya Finlandiya ilə sərhədyanı əməkdaşlığa dair sazişi 2024-cü ilin əvvəlində ləğv edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, departamentin mətbuat xidməti xəbər verir ki, Finlandiyanın səfiri Antti Helantera belə bir bəyanatla çıxış etmək üçün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bununla da Rusiya Finlandiyanın qarşıdurma xarakterli hərəkətlərinə, o cümlədən ticarət-iqtisadi və regionlararası əlaqələrin kəsilməsinə, iki ölkənin əhalisi arasında birbaşa təmaslara, habelə vizaların verilməsi məsələlərində ruslara qarşı ayrı-seçkiliyə cavab verir.

Xatırladaq ki, ləğv ediləcək saziş 2012-ci il aprelin 13-də Helsinkidə imzalanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə