Məktəb müəllimlərinin sinifdə rabitə vasitələrinin istifadəsini tənzimləmək hüququ haqqında qanun layihəsi Dövlət Dumasının payız sessiyasının sonuna qədər qəbul edilə bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dərsdə telefondan istifadə edən şagirdlər töhmət, valideynin məktəbə çağırılması və ya direktorla söhbətlə üzləşə bilər.
Müəllimlər həmçinin digər qadcetlərdən, məsələn, smart saatlardan istifadəni tənzimləyə bilərlər.
Bütün bu tədbirlər, diqqəti yayındıran amilləri aradan qaldırmaq və uşağın diqqətini cəmləşdirməyə kömək etmək məqsədi daşıyır.
Qeyd edək ki, mart ayında Dövlət Dumasının məktəblərdə foto və video çəkməyi qadağan edən qanun üzərində işlədiyi bildirilirdi.
İndi hər kəs sinifdə səs yazısını aça bilər: məktəb ictimai yer hesab olunur.
Müəllimlər deyirlər ki, uşaqlar öz hüquqlarından sui-istifadə edir, müəllimləri hiddətləndirir, bilik əldə etməkdən yayınırlar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB