Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Agentliyinin (UNRWA) Baş komissarı Filip Lazzarini İsrail-Fələstin münaqişəsi ilə bağlı deyib:“Qəzzanın blokadası əsasən qadın və uşaqlar da daxil olmaqla 2 milyondan çox insanın kütləvi şəkildə cəzalandırmaq mənasına gəlir''.
SİA-nın əldə etdiyi məlumata görə, Filip Lazzarini UNRWA-nın Şərqi Qüdsdəki ofisində jurnalistlərə açıqlama verib.
Filip Lazzarini bildirib ki, hətta mən danışarkən də Qəzzada insanlar ölür.
“Qəzzalılar yalnız bombalardan və hücumlardan ölmür, yaxın zamanda daha çoxları Qəzzanın mühasirə altında olması səbəbindən öləcək'',-deyə Filip Lazzarini qeyd edib. O, bölgədəki dərman, qida və suyun da azalmağa başladığını deyib.
Xəstəxanalardakı infrastruktur obyektləri və avadanlıqların yanacağa ehtiyacı olduğuna diqqət çəkən Filip Lazzarini deyib:“Qəzzanın blokadası əsasən qadın və uşaqlar da daxil olmaqla 2 milyondan çox insanın kütləvi şəkildə cəzalandırmaq mənasına gəlir''.
Yardım maşınlarının bu həftə Qəzzaya girməyə başladığını xatırladan Lazzarini qeyd edib ki, bu bir ümid kimi görünsə də, 2 milyon insan üçün heç bir fərq yaratmayacaq.
Hazırda mənalı və fasiləsiz bir yardım axınına ehtiyac olduğuna diqqət çəkən Filip Lazzarini bunun və yardımların ehtiyacı olanlara çatması üçün humanitar atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.
Beynəlxalq ictimaiyyətin təmsilçiləri olduqlarına diqqət çəkən Filip Lazzarini deyib:“Eyni beynəlxalq ictimaiyyət, deyəsən, Qəzzaya üz çevirib”.
F.Lazzarini, ümidsiz insanları seyr edərkən çox kədərləndiyini ifadə edib.
"Biz Qəzzalı mülki şəxslərin yaşadıqları acıları görməliyik. Qəzzanı ''Həmas''la eyniləşdirmək çox təhlükəli və yanlışdır'',-deyə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Agentliyinin (UNRWA) Baş komissarı Filip Lazzarini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB