Makron Orbanı Putinlə görüşünə görə tənqid edib

Makron Orbanı Putinlə görüşünə görə tənqid edib

Fransa prezidenti Emmanuel Makron Macarıstan prezidenti Viktor Orbanı Rusiya prezidenti Vladimir Putinlə görüşünə görə tənqid edib.

Onun fikrincə, Avopa İttifaqı tərəfdaşları ilə “koordinasiya olunmayan” bu cür hərəkətlər avropalıların xarici siyasət mövqeyini zəiflədir.

...Mən bizim masamızda əyləşən bütün dövlət və hökumət başçılarına hörmət edirəm, onların hər birinin öz suverenliyi var və biz təbii ki, onların heç birinə bu və ya digər xarici ölkə lideri ilə görüşməyi qadağan edə bilmərik. Amma mən gözləyirəm ki, loyallıq səbəblərinə əsaslanaraq, ümumi koordinasiya aparacaqlar və bundan sonra da öz fəaliyyətlərini əlaqələndirəcəklər. İndiki vəziyyətdə Rusiya ilə münasibətlərə gəlincə, bu cür ikitərəfli təmaslar özlüyündə aramızda birliyi zəiflədə biləcək konkret məsələlərin müzakirəsi üçün istifadə oluna bilməz.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Makron Avopa İttifaqının Brüssel sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

Bir neçə gün əvvəl Orbanın səsləndirdiyi Avopa İttifaqının hazırkı rəhbərliyi ilə SSRİ rəhbərliyi arasında müqayisəni şərh edən Fransa lideri Budapeştin könüllü olaraq Avopa İttifaqına üzv olduğunu vurğulayıb.

...Mən heç bir baş nazirə mənəvi qiymət verə bilmərəm, xüsusən də Orban məsələsində, onun hərəkətlərini qiymətləndirməyəcəm. Yalnız düşünürəm ki, o, hər şeyi lazımi anda etsə, faydalı ola bilərdi və yalnız bunu demək istəyirəm ki, bu lazımdır. Bizi zəiflətməyin.

Bunu da Makron deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə