...Belarus prezidenti Aleksandr Lukaşenko, ölkəsinin hərbi münaqişə vəziyyətində “əvvəllər heç vaxt olmadığı kimi” cavab vermək iqtidarında olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Lukaşenko bu barədə Minsk vilayətinə işgüzar səfəri zamanı deyib.
…Bilirsiniz, biz cavab verə bilərik. Cavab verməyə isə hər zamankindən daha çox qüvvəmiz var.
Bunu deyən Belarus prezidenti əlavə edib ki, onun ölkəsi müharibə istəmir və başqa ölkələrlə sülh istəyir.
…Bizimlə sülh içində yaşamaq istəyənlərin əlini sıxırıq və sıxmağa davam edəcəyik. Biz döyüşmək istəmirik. Çünki bu cavab bizə baha başa gələcək. Biz başa düşməliyik: toqquşma zamanı hər iki tərəfdən insanlar öləcək.
Bunu da Lukaşenko deyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB