Rusiyada Federal Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinin yüksək rütbəli əməkdaşları saxlanılıb.
SİA-nın “VÇK-OQPU” layihəsinin həmsöhbətinə istinadən verdiyi məlumata görə, yüksək səviyyəli kəşfiyyat xidmətinin əməkdaşları rüşvət alarkən saxlanılıblar.
Verilən məlumata görə, “ikinci xidmət”in (Konstitusiya quruluşunun müdafiəsi və terrorizmə qarşı mübarizə-A.B.) əməliyyatçısı və Ekstremizmə qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçısı saxlanılıblar.
Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqlərinin artıq hər iki şəxs ilə işlədikləri deyilir.
Deyilənlərə görə, bu yaxınlarda Rusiyada ballistik və qanadlı raketləri aşkar etmək üçün nəzərdə tutulmuş stansiyaların qurucusu, 3-cü ayrı hava hücumundan müdafiə ordusunun diviziyasının keçmiş komandiri general-mayor Vyaçeslav Lobujski həbs edilib.
Daha bir maraqlı xəbər kimi, bu günlərdə Rusiya müdafiə nazirinin keçmiş birinci müavini və Hava-desant qüvvələrinin komandanı Aleksandr Kolmakovun həyat yoldaşının Moskvada oğurlandığı deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB