Bu arada Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya ölkəsinin Avropa gələcəyi onun “Rusiya dünyası” adlandırılan dünya üçün yeganə alternativ adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, o bunu “Azadlıq” radiosunun Belarus xidmətinə danışarkən bildirib.
Onun dediyinə görə, belaruslar öz köklərinə qayıdıb Avropa İttifaqına qoşulsalar, azad və ləyaqətlə yaşaya biləcəklər
Bu gün belaruslar öz tarixlərini nəzərdən keçirərək anlayırlar ki, bizim gələcəyimiz orada, yəni Avropadadır.
Tixanovskaya deyib ki, onun apardığı sorğulara görə, belarusluların əksəriyyəti Rusiya ilə birliyə yox, Avropa İttifaqına qoşulmağa üstünlük verir.
Eyni zamanda, o, belarusların əksəriyyətinin bu məsələdə mövqeyinin olmadığını da gizlətməyib.
Tixanovskayanın sözlərinə görə, bu gün Rusiya Belarusa öz gələcəyini təyin etməyə qadir dövlət kimi baxmır.
Ona görə də biz Rusiya imperializminin bizim üçün nə olduğunu və Avropa Birliyinə qoşulmağın Belarusa nə gətirəcəyini xalqa izah etməliyik.
Yeri gəlmişkən xatırladaq ki, bu gün Avropa İttifaqı Belarus lideri Aleksandr Lukaşenkonu ölkə prezidenti kimi tanımır və ona eləcə də əksər əsas məmurlara qarşı şəxsi sanksiyalar tətbiq edilib.
Avropa aviaşirkətlərinin ölkəyə uçuşları qadağan edilib, Belarusun beş bankı SWIFT banklararası köçürmə sistemindən ayrılıb, Belarusa nağd avronun idxalı qadağan edilib.
Və sonda onu da xatırladaq ki, bu gün Litvada yaşayan Tixanovskaya Belarusda ekstremizm ittihamı ilə qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB