Daha 50 hərbçinin meyitləri Ukraynaya təhvil verilib

Daha 50 hərbçinin meyitləri Ukraynaya təhvil verilib

Moskva Ukraynanın azadlığı və müstəqilliyi uğrunda həlak olmuş daha 50 hərbi qulluqçunun meyitlərini Kiyevə təhvil verib. SİA hərbi əsirlərlə rəftar məsələləri üzrə Koordinasiya Şurasının “Telegram” kanalına istinadla xəbər verir ki, Ukrayna tərəfi cümə günü repatriasiya tədbirləri nəticəsində öz nəzarətində olan ərazilərə 50 hərbi qulluqçunun meyitlərini qaytarmağa nail olub.

Həlak olan hərbi qulluqçuların meyitlərinin qaytarılması işi ilə hərbi əsirlərlə rəftar məsələləri üzrə Koordinasiya Şurası, Ukrayna Təhlükəsizlik Şurası, Daxili İşlər Nazirliyi, Ukrayna Silahlı Qüvvələri, Sum vilayəti Fövqəladə hallar üzrə dövlət idarəsi, sərhədçilər və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri məşğul olublar.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında mütəmadi olaraq hərbi qulluqçuların meyitlərinin mübadiləsi aparılır. Belə ki, oktyabrın 6-da həlak olan daha 64 hərbçinin meyitləri Kiyevə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə