İstanbulda partlayış baş verib - xəsarət alanlar var

İstanbulda partlayış baş verib - xəsarət alanlar var

Türkiyədə partlayış baş verib, yaralananlar var. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Bağcılar məhəlləsində qeydə alınıb. Bildirilir ki, üçmərtəbəli binada baş verən güclü partlayışdan sonra yanğın başlayıb.

İlkin məlumatlara görə, beş nəfər xəsarət alıb. Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə