Elazığ vilayətində yenidən zəlzələ olub

Elazığ vilayətində yenidən zəlzələ olub

Türkiyənin Elazığ vilayətində yenidən zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Maden rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.4 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə