Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirib.
SİA Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, müşavirənin gündəliyində Rusiya Federasiyası ərazisində silah dövriyyəsi ilə bağlı məsələlər olub.
Putin bildirib ki, Ukrayna ərazisindən Rusiyaya qanunsuz silahlar daxil olur. Rusiya Prezidenti silah dövriyyəsi sahəsində əlavə tədbirlərin işlənib hazırlanmasını tapşırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB